25 Noyabr 2023
13:01
385

Beyləqan Gənclər evində sənədli film nümayiş etdirilib

Beyləqan rayon gənclər evində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranların İctimai Çağırışı – Biz Qayıdacağıq!” layihəsi çərçivəsində hazırlanmış sənədli filmin təqdimatı keçirilib

İslahat.az xəbər verir ki, tədbirə rayon ictimaiyyəti, müəllimlər, şagirdlər, şəhid ailələri və qazilər qatılıblar.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra film haqqında ümumi məlumat verilib və nümayiş etdirilib.

Ekran işi iştirakçılar tərəfindən çox maraqla qarşılanıb və bəyənilərək alqışlanıb.

Qeyd edək ki, bu sənədli film "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin Beyləqan Rayon regional üzrə sədri Asim Əliyevin təşəbbüsü ilə ərsəyə gəlib.