Demokratik İslahatlar Partiyası Zəfər Günü münasibətilə bəyanat yaydı
Demokratik İslahatlar Partiyası 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.
Bəyanatda deyilir:
"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli qürur, birlik və dövlətçilik iradəsinin təcəssümü olan əlamətdar gündür.
2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı ilə ölkəmizin suverenliyinin bütün ərazilərimizdə tam bərpası ilə nəticələndi.
Bu tarixi hadisələr Azərbaycan xalqının milli birliyini, həmrəyliyini və öz dövlətinin ərazi bütövlüyü uğrunda nümayiş etdirdiyi qətiyyəti bir daha təsdiqlədi.
Demokratik İslahatlar Partiyası olaraq bu möhtəşəm Zəfər münasibətilə başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramımızı ifadə edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Zəfər Günümüz mübarək! Qarabağ Azərbaycandır!"