28 Fevral 2024
16:03
107

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Fevral ayının 26-da saat 19:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

İslahat.az xəbər verir ki, bu barədə "Yeni Gundem"ə DSX-dən məlumat verilib

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qramnarkotik vasitə (41 kq 535 qr marixuana; 1 kq 015 qr metafetamin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İslahat.az