16 Yanvar 2024
12:57
285

"Növbədənkənar prezident seçkiləri bir zəfər seçkisidir" - Deputat

Məlumdur ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb və seçkidə 7 namizəd mübarizə aparacaq. Bu gündən isə növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır. Təşviqatın aparılmasının fevralın 6-sı saat 08:00-da dayandırılması nəzərdə tutulub.

Növbədənkənar prezident seçkiləri ilə bağlı deputatMəlahət İbrahimqızıöz təəssüratlarını"Yeni Gundem”-ə bölüşüb.

Deputatın sözlərinə görə, bu gün ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar bir hadisə yaşanır. Çünki Azərbaycan vətəndaşları bu günü səbirsizliklə gözləyirdi.

"Möhtərəm prezidentimizin fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirməsi fonunda sanki ölkə vətəndaşlarının könlündən keçən və çoxdan gözləyirmiş kimi bir gözləntisinə şahid oluruq. Belə ki, ölkə başçısının sərəncamından sonra ictimaiyyətdə çox böyük minnətdarlıq hissi əks olunan müzakirələrə rast gəlinir. Nəzərdə tutulan növbədənkənar prezident seçkiləri bir zəfər seçkisidir. Yeni ilin ilk günlərində möhtərəm prezidentimiz yerli televiziya kanallarının əməkdaşlarına verdiyi müsahibədə bildirmişdi ki, bu seçkilər suveren və ərazi bütövlüyü bərpa olunmuş ölkəmizdə ilk dəfə olaraq keçirilən prezident seçkiləri olacaq. Bu baxımdan gələn ay baş tutacaq seçkilər həqiqətən də çox tarixi hadisədir” – deputat bildirib.

Qeyd edək ki, prezidentliyə namizədliyi qeydə alınan şəxslər aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Gülşən 

İslahat.az