AFFA-dan "Qarabağ” klubuna Müşahidə Şurası yaratması təklif olunub.
İslahat.az xəbər verir ki, bu barədə jurnalistlərə klubun direktoru Emrah Çelikel açıqlama verib.
O bildirib ki, klubun peşəkarcasına və qarşılıqlı inam, etibar əsasında qurulmuş saf idarəetmə strukturu var:
"Biz belə strukturdan nəticə aldığımızı görürük və dəyişiklik etmək istəmədiyimizi AFFA-ya bildirmişik”.
İslahat.az