Bunu 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Komitə sədri qeyd edib ki, üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi kimi qəbul edilib. Mavi, qırmızı və yaşıl rənglərdə öz əksini tapan türkçülük, müasirlik və islamçılıq ideyaları xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və müasir dövlətçilik prinsiplərinə bağlılığını ifadə edir. "1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul edilən tarixi qərar üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpasında mühüm rol oynadı. Həmin dövrdə Sovet İttifaqının hələ mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Naxçıvanda rəsmi dövlət rəmzi kimi qəbul edilməsi xalqımızın müstəqillik iradəsinin ifadəsi idi. 1991-ci il fevralın 5-də üçrəngli bayrağımızın Azərbaycanın Dövlət Bayrağı kimi təsdiqlənməsi bu tarixi təşəbbüsün əhəmiyyətini bir daha göstərdi. Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətindəki xidmətləri nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu, üçrəngli bayrağımız nüfuzlu beynəlxalq təşkilatların qarşısında dalğalanmağa başladı”, – deyə Şahin İsmayılov vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün ölkəmizin tarixinin ən qüdrətli dövrünü yaşadığını söyləyən komitə sədri bildirib ki, məqsədyönlü siyasət, müasir ordu quruculuğu, iqtisadi imkanların genişləndirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi müasir Azərbaycanı xarakterizə edən əsas amillərdir. Müasir qüdrətli Azərbaycan 6 il öncə Vətən müharibəsində tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi. 2023-cü ilin sentyabrında cəmi 24 saat davam edən antiterror əməliyyatları nəticəsində ölkəmizdə separatizmin kökü kəsildi, dövlət suverenliyimiz bərpa olundu. Bu baxımdan, üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda ucaldılması uzun illər ərzində aparılan dövlət siyasətinin və xalqımızın milli birliyinin tarixi nəticəsidir.
Şahin İsmayılov Prezident İlham Əliyevin 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılışında səsləndirdiyi fikirləri xatırladaraq qeyd edib ki, dövlətimizin başçısı həmin vaxt Azərbaycan Bayrağının Xankəndidə, Şuşada və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliyini ifadə etmişdi. Ötən illərdə həyata keçirilən ardıcıl siyasət və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində bu tarixi məqsədə nail olundu. Əsgər və zabitlərimiz üçrəngli bayrağımızın doğma torpaqlarımızda dalğalanması uğrunda böyük qəhrəmanlıq və fədakarlıq göstərdilər. Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın müstəqilliyinin, milli birliyinin və dövlətçilik ənənələrinin əsas rəmzlərindən biridir. Üçrəngli bayrağımızın tarixi Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi, müstəqil dövlət qurmaq əzmi və milli-mənəvi dəyərlərinə sədaqəti ilə sıx bağlıdır. Bu gün Azərbaycanın bütün suveren ərazilərində qürurla dalğalanan Dövlət Bayrağımız Vətənə məhəbbət hissi aşılayır.Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın müstəqilliyinin, milli birliyinin və dövlətçilik ənənələrinin əsas rəmzlərindən biridir. Üçrəngli bayrağımızın tarixi Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi, müstəqil dövlət qurmaq əzmi və milli-mənəvi dəyərlərinə sədaqəti ilə sıx bağlıdır. Bu gün Azərbaycanın bütün suveren ərazilərində qürurla dalğalanan Dövlət Bayrağımız Vətənə məhəbbət hissi aşılayır.Ağdamda, Füzulidə və işğaldan azad edilmiş bütün digər ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması xalqımızın ən böyük qürur mənbələrindən biridir.