30 May 2023
15:09
274

Vəkil Adəm Məmmədovun “Oğurlanmış adam” kitabının təqdimatı keçirilib

27 may 2023-cü il tarixində Mogan Hoteldə Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun "Vəkillik fəaliyyəti və kitab təqdimatı” adlı tədbiri keçirilmişdir.

İslahat.az xəbər verir ki, görüşdə Adəm Məmmədov müəllifi olduğu "Oğurlanmış adam” kitabını təqdim etmiş, öz vəkillik fəaliyyətindən, təcrübəsindəki baş vermiş maraqlı məqamlardan bəhs etmişdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək vəkil Adəm Məmmədovun fəaliyyəti, təcrübəsindən bəhs etmiş, fəaliyyətində uğurlar arzulamışdır.

Təqdimat mərasimində həmçinin Kollegiyanın sədr müavinləri Aydın Axundov və Şahmar Məmmədov, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sədrinin müşaviri, əməkdar jurnalist Akif Təvəkküloğlu, Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri Cavid Əliyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, Vəkillər Kollegiyasının üzvü Nüşabə Ağayeva, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, Vəkillər Kollegiyasının üzvü Mirzə Xankişiyev, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev və digərləri də çıxış etmişdir.

Rəsmi açılışdan sonra qonağlara kitablar təqdim edilmişdir.

İslahat.az