29 Fevral 2024
10:46
155

Xocalıya qayıdış

Prezident İlham Əliyev: "Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək”

Azərbaycan xalqı üçün 32 ildir ki, 26 fevral Xocalı Soyqırımı Günü ağrılı bir gün olaraq qeyd olunur. Bu günlə bağlı Azərbaycanın paytaxtında və bütün rayonlarında, o cümlədən dünyanın müxtəlif ölkələrində bir sıra tədbirlər, görüşlər təşkil edilir. Bu il də eyni formada dünya azərbaycanlıları Xocalı şəhidlərini yad etdilər. Lakin builki tədbirlərdə bir özəllik oldu ki, artıq acı ilə yanaşı, qürur da var idi. Çünki Müzəffər Azərbaycan Ordusu tərəfindən Xocalı rayonu da ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri zamanı azad edilmişdir. Artıq Xocalı rayonunda Azərbaycanın Dövlət Bayrağı dalğalanır. 32 sonra ilk dəfə fevralın 26-da xocalılar öz rayonlarında oludlar. Həmin gün Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdur. Bununla yanaşı, cənab Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Dövlətimizin başçısının görüşdə qeyd etdiyi kimi, Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq: "Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq”. Bildirək ki, Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq. Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq.

Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq. Maarifləndirici materiallar, rəqəmsal məzmun vasitəsilə soyqırımı kimi faciələrin səbəbləri, nəticələri, qarşısının alınmasının zərurəti, cəmiyyətin insan haqlarına hörmət etməsinin vacibliyi diqqətə çatdırılacaq.

Bu kimi abidələr Xocalı soyqırmının unudulmaması üçün mühüm əhəmiyyət daşıyır. Yeni nəsil daima bu abidəni ziyarət etdikcə Xocalı hadisələri onların gözləri qarşısında canlanacaq. Dövlətimizin də məqsədi Xocalı soyqırmını tantımaq və təbliğ etməkdir. Cənab Prezident görüşdə deyib ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək: "Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir”. Tarixdə belə faciələr çox baş verib. Amma bütün müharibələrdə qadınlar, qocalar, körpələrə aman verilirdi. Ermənistanın keçmiş prezidenti Serj Sərkisiyanın xarici agentliklərə verdiyi müsahibələrinin birində dediyinə görə, son ana qədər xocalılar fikirləşidrilər ki, onlar qadınlara, uşaqlara əl qaldırmayacaqlar. Bildirib ki, ancaq o sterotipi sındıraraq azərbaycanlıların gözlərini qorxudmaq üçün onalar heç kimə aman verməyiblər. Bu, Ermənistan rəhbərliyinin nə dərəcədə cinayətkar olmasının bariz nümunəsidir. Ayrıca dünya dövlətləri də Ermənistanın bu cinayətkar əməllərinə qarşı hər hansı təzyiq göstərmirdi. Həmçinin aidiyyəti beynəlxalq təşkilatlar Ermənistana saksiya tətbiq etmirdilər. Bu, beynəlxalq biliyin ədalətsiz, ikili standart yanaşmasının bir nümunəsidir. Prezident İlham Əliyevi hələ 44 günlük Vətən müharibəsindən əvvəl də hər zaman beynəlxalq tribunlardan buna görə öz etirazını bildirir, beynəlxalq birliyə öz cağrışını edirdi. Prezident Xocalı ictimaiyyəti ilə görüşdə də bu məsələyə toxunayarq "Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın”, - deyə fikirlərini qeyd etmişdir. Çox təəssüf ki, Xocalı soyqırımına dünya ictimaiyyətindən reaksiyası istənilən səviyyədə deyildi. Bir sıra ölkələr bu bəşəri faciəni qəbul etmirdilər. Hazırda bu cür bənzəri qırğınları dünyaya unutduran ermənilərin guya 1915-ci ildə türklər tərəfindən soyqırıma məruz qaldığını özlərinəməxsus yalanlarla gündəmə gətirirlər. Halbuki əsl soyqırımı ermənilər türklərə etmişdir. Ötən əsrin əvvələrindən  başlayaraq ermənilər azərbaycanlılara qarşı soyqırımılar etmişlər. Və bu əməllərini təkrar edərək 32 il əvvəl Xocalıda da qanlı faciə törətmişdirlər.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor