"2023-cü il "Türk Sivilizasiyasının Yüksəlişi İli” elan edilib”.
İslahat.az xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov "Twitter”də yazıb.
O bildirib ki, bu barədə Türk Dövlətləri Təşkilatına üzv olan ölkə liderlərinin noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə qərar qəbul edilib.
İslahat.az