Bakıda "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” keçirilir.
İslahat.az xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Fahrettin Koca və digər rəsmi nümayəndələr iştirak edirlər.
Mərasimdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan-Türkiyə səhiyyə biznes forumu başlayıb.
Qeyd edək ki, tədbirdən sonra Azərbaycan Səhiyyə Nazirliyində görüş, həmçinin Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə ziyarət nəzərdə tutulub.
İslahat.az