22 Fevral 2022
16:20
22955

Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunan idman yarışı keçirilib

Gəncə şəhərində Xocalı faciəsinin 30-cu ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş idman yarışı keçirilib.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki,idman tədbirinin açılış mərasimindən öncə Vətən müharibəsi və Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikası Kikboksinq Federasiyası Gəncə şəhər "Sensey” idman klubunun təşkilatçılığı ilə keçirilən yarışda Goranboy rayonunun "Dəmir Yumruq” kikboksinq idman klubu ümumi 6 medalla təltif olunub. Qalib idmançılar təşkilat komitəsi tərəfindən diplom, kubok və medallarla mükafatlandırılıb.

Yarışın sonunda millət vəkili Anar Məmmədovun köməkçisi Elçin Cahangirov millət vəkilinin adından idmançıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İslahat.az